Bank Of Baku

FED-in açıqlamasından sonra qızıl bahalaşıb

FED-in açıqlamasından sonra qızıl bahalaşıb
# 16 dekabr 2021 09:26 (UTC +04:00)

Dekabrın 15-də Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,04% artaraq 1 782,9 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, dekabrın 15-də COMEX-də gümüşün bir unsiyasının qiyməti 2,76% artaraq 22,14 dollar təşkil edib.

Qeyd edək ki, qızılın qiymətinin artımı ABŞ-ın maliyyə requlyatoru FED-in pandemiya ilə bağlı stimullaşdırıcı tədbirləri 2022-ci ilin mart ayında dayandıracağı barədə açıqlamasının dollara azaldıcı təsir göstərməsi fonunda baş verib. FED bundan əlavə bildirib ki, ABŞ-da inflyasiya hədəf çərçivəsində qalıb və faiz dərəcələrinin gələn ilin sonuna 3/4 faiz dərəcəsi səviyyəsində artımına yol açıb.

Xatırladaq ki, FED-in proqnozlarına görə, 2022-ci ildə ABŞ-da inflyasiya 2,6% olacaq, bu da ötən sentyabr proqnozu ilə müqayisədə 0,4 faiz bəndi çoxdur. Artan qiymətlər investorlar üçün qızılı daha cəlbedici edir və inflyasiyadan qorunmaq üçün bir alətə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR