Bank Of Baku

FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib

FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
# 17 sentyabr 2026 07:41 (UTC +04:00)

Dünya fond bazarlarında əsas indekslər üzrə fərqli dinamika qeydə alınıb. ABŞ-da əsas indekslər geriləyib, Avropa və Asiya bazarlarında isə qarışıq dinamika müşahidə olunub.

APA-Economics” xəbər verir ki, ABŞ bazarında “Dow Jones” indeksi 631,21 bənd və ya 1,21% azalaraq 51 461,90 bəndə, “S&P” 500 indeksi 33,92 bənd və ya 0,45% geriləyərək 7 551,81 bəndə, “Nasdaq Composite” indeksi isə 3,14 bənd və ya 0,01% azalaraq 25 978,43 bəndə düşüb. “NYSE Composite” indeksi 0,81% geriləyərək 23 934,14 bənd təşkil edib.

Avropa bazarlarında isə əsas indekslər yüksəlib. “Euro Stoxx” 50 indeksi 0,48% artaraq 6 266,50 bəndə, FTSE 100 0,28% artaraq 10 688,47 bəndə, “DAX” 0,53% yüksələrək 25 537,75 bəndə çatıb. CAC 40 indeksi 0,62%, “IBEX” 35 indeksi isə 0,41% artıb.

Asiya-Sakit okean regionunda da qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 0,07% artaraq 63 966,87 bəndə, “TOPIX” indeksi 0,72% yüksələrək 4 091,06 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 0,98%, Çinin CSI 300 indeksi 0,32% azalıb. Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,35% yüksəlib.

Bazarların dinamikasına əsas təsir edən amillər arasında FED-in faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75-4% diapazonuna yüksəltməsi, yüksək neft qiymətlərinin inflyasiya risklərini artırması, eləcə də investorların gələcək pul siyasəti ilə bağlı gözləntiləri yer alıb. ABŞ-da faiz artımı səhmlər üzərində təzyiq yaratsa da, Avropa və Asiyanın bəzi bazarlarında investorlar qərarı əvvəlcədən qiymətləndirdiyindən artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR