Bank Of Baku

Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb
# 10 noyabr 2026 10:47 (UTC +04:00)

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,80 ABŞ dolları və ya 0,38% artaraq 4 130,30 ABŞ dolları təşkil edib.

Digər qiymətli metalların qiymətlərində də yüksəliş müşahidə olunub. Gümüşün dekabr fyuçersləri 1,07% bahalaşaraq 53,26 ABŞ dollarına, platinin spot qiyməti isə 0,11% artaraq 1 581,47 ABŞ dollarına çatıb.

Mis üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% yüksələrək bir funt üçün 633,65 ABŞ senti təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR