Fevralın 21-də ABŞ-ın birinci Prezidenti Corc Vaşinqtonun doğum günü ilə əlaqədar qeyri-iş günü olduğundan Amerika fond bazarı fəaliyyət göstərməyib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 21-də FTSE 100 indeksi 0,39% – 7,484.33 bəndədək, Almaniyanın DAX indeksi 2,07% – 14,731.12 bəndədək, Fransanın CAC-40 indeksi isə 2,04% – 6,788.34 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,10% azalaraq 1,1300 dollar təşkil edib.