Bank Of Baku

İKZF-nin 25 milyon manatlıq istiqrazları ilə bağlı hərrac yekunlaşıb

İKZF-nin 25 milyon manatlıq istiqrazları ilə bağlı hərrac yekunlaşıb
# 25 avqust 2022 16:06 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondu (İKZF) ASC–nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

"APA-Economics" BFB-yə istinadən xəbər verir ki, tədavül müddətli 7200 gün olan istiqrazlarla bağlı hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərrac qiyməti 1,005.0555 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və yerləşdirilmiş həcmi 25 milyon manat olub.

İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR