ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 9,8% artaraq 1 barelə görə 129,68 dollar təşkil edib.
"APA-Economics"in xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 8,71% artaraq 125,75 dollara çatıb.