Bank Of Baku

Nikelin qiyməti 2011-ci ilin avqustundan maksimuma çatıb

Nikelin qiyməti 2011-ci ilin avqustundan maksimuma çatıb
# 21 fevral 2022 13:18 (UTC +04:00)

Bazar ertəsi London Metal Birjasında (LME) ticarət zamanı nikelin dəyəri 2011-ci ilin avqust ayından bəri ilk dəfə bir ton üçün 24,6 min ABŞ dolları həddini keçib.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 11:53-ə olan məlumata görə, sözügedən metalın qiyməti 1,93% artaraq bir ton üçün 24 610 dollar təşkil edib. Saat 13:00-da isə nikelin qiyməti 24 530 dollara (+1,6%) ticarət edilərək yavaşlayıb.

Xatırladaq ki, nikelin qiyməti Çində bu metala tələbatın gözlənilən artımı fonunda yüksəlir. Çinin nikel istehsalçıları dünyada sözügedən metal istehsalının yarısından çoxunu istehlak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR