Cümə axşamı London Metal Birjasında (LME) ticarət zamanı nikelin bir tonunun dəyəri 2011-ci il may ayının 3-dən bəri ilk dəfə 25,3 min ABŞ dolları həddini keçib.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 12:09-a olan məlumata görə, sözügedən metalın qiyməti 4,01% artaraq bir ton üçün 25,375 dollar təşkil edib. Saat 13:15-də isə nikelin qiyməti 25,325 dollara (+3,81%) ticarət edilərək yavaşlayıb.
Xatırladaq ki, nikelin qiyməti Çində bu metala tələbatın gözlənilən artımı fonunda yüksəlir. Çinin nikel istehsalçıları dünyada sözügedən metal istehsalının yarısından çoxunu istehlak edirlər.