Tovuzda evləri qarət edən şəxs saxlanılıb

Tovuzda evləri qarət edən şəxs saxlanılıb
# 08 aprel 2016 16:49 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda oğurluq edən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bozalqanlı kəndində iki evdən oğurluq edən kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Məmmədov tutulub.

Məlumata görə, bir neçə ay öncə o, həmkəndlisi Əminə Hüseynovanın evindən 3 min manat, qonşusu Anar Məmmədovun mənzilindən isə 2150 manat aparıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR