Lənkəran teatrında yeni uşaq tamaşasının premyerası olub

Lənkəran teatrında yeni uşaq tamaşasının premyerası olub
# 15 fevral 2016 07:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, tülkü, tünbəki” adlı musiqili-nəğməli nağıl - pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, alleqorik səpkidə qurulan bu səhnə əsərinin mövzusu cəmiyyətdə sülh və dostluğun təbliğinə həsr olunub.

Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR