DİN Zaqatalada baş vermiş cinayət hadisəsi barədə məlumat yayıb

DİN Zaqatalada baş vermiş cinayət hadisəsi barədə məlumat yayıb
# 30 noyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada baş vermiş cinayət hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də Zaqatala rayonunun Bəhmətli kəndində yaşayan Nəsimi İbrahimov evində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən arvadı Zümrüdə sinə nahiyəsindən xəsarət yetirib, sonradan isə özünü qarın nahiyəsindən bıçaqlayıb.

Onlar hər ikisi xəstəxanaya yerləşdirilib. Nəsimi orada ölüb.

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-28” markalı ov tüfəngi götürülüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR