Astarada 8 yaşlı piyadanı maşın vurub

Astarada 8 yaşlı piyadanı maşın vurub
# 24 fevral 2016 19:30 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Astara rayonunun Sərək kənd sakini Araz Ağazahir oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı, 90 UF 477 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən şəhər sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu Əsədovu vurub. Sürücü hadisə barədə dərhal uşağın valideynlərini xəbərdar etdikdən sonra onu maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Xəstəxanada zərərçəkmiş müayinə olunduqdan sonra ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, digər travmatik xəsarətlər diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Müvafiq tibbi yardımlar göstərilsə də, hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR