Komitə: Daşınmaz əmlakla əməliyyatlar artıb

Komitə: Daşınmaz əmlakla əməliyyatlar artıb
# 10 avqust 2016 08:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən indiyədək 500 min dəfədən artıq istifadə edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 263 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in alınmasına aiddir.

“Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın “Forma-1” arayışı təqdim edilibsə, 2016-cı ilin eyni dövründə bu arayışların sayı təqribən 20% artaraq 44 mini keçib. Artımın əsas səbəbi, daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir”, - deyə məlumatda vurğulanıb.

Eyni zamanda, bu ilin birinci yarısı ərzində “Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı daxil olan müraciətlərin sayında da ciddi artım müşahidə olunur. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əhaliyə 3-ü SMS xidmətlər olmaqla 31 adda elektron xidmət göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR