Qırğız prezidenti ilk klipini hazırlayıb

Qırğız prezidenti ilk klipini hazırlayıb
# 04 iyul 2016 14:45 (UTC +04:00)

Bakı - APA/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev öz yazdığı mahnıya klip hazırlayıb.

APA-nın “gazeta.kg” saytına istinadən verdiyi məlumata görə, “Taleyin acığına” adlı mahnının videoklipi iyulun 2-dən Youtube” kanalına yerləşdirilib və 70 min dəfə izlənilib.

Mahnının söz və musiqisi Almazbek Atambayevə aiddir. Musiqisini də prezident gitarada ifa edərək özü oxuyub.

“Taleyin acığına” mahnısı prezidentin ilk müəllif musiqilərindəndir.

Musiqinin klipi Melis Ubukeyevin “Əyalət sevgisi” adlı filmindən olan kadrlar əsasında yığılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR