Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb
# 11 sentyabr 2016 17:58 (UTC +04:00)

Bakı-APA. "Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib".

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumatda bildirilib.

Məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Məlumatda o da bildirilib ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR