Bakıda sərxoş sürücü qəza törədib, 2 nəfər xəsarət alıb

Bakıda sərxoş sürücü qəza törədib, 2 nəfər xəsarət alıb
# 28 yanvar 2016 01:18 (UTC +04:00)

Bakı. Mahir Məmmədli- APA. Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Əhməd bəy Ağaoğlu küçəsində qeydə alınıb.

Rusiya Federasiyasının Dağıstan Respublikasının vətəndaşı, 51 yaşlı Ruslan Maqomedov “Toyota” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən maşını yolun ortasındakı beton arakəsməyə çırpıb. Sürət yüksək olduğundan avtomobil arakəsməyə çırpıldıqdan sonra da hərəkətini davam etdirib və yol kənarındakı ağaclıq sahəyə girib.

Qəza nəticəsində sürücü Ruslan Maqomedov və onun yanındakı sərnişin - Azərbaycan vətəndaşı, 51 yaşlı Fazil Novruzov ağır xəsarətlər alıblar. Hər iki yaralı ətrafdakı şəxslər tərəfindən avtomobildən çıxarılıb.

Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıblar. Xəstəxanadan APA-ya verilən məlumata görə, Ruslan Maqomedov və Fazil Novruzovun həyatı üçün təhlükə yoxdur.

Nərimanov rayon Polis İdarəsi və rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar, qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib. Hadisə şahidləri sürücü və sərnişinin sərxoş olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR