Yunker: “Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqlar dərhal başlanmalıdır”

Yunker: “Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqlar dərhal başlanmalıdır”
# 24 iyun 2016 20:58 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqlar dərhal başlanmalıdır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

“Danışıqların başlanması üçün oktyabr ayını gözləməyə ehtiyac yoxdur”, deyə Yunker bildirib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron danışıqların oktyabr ayında keçirilməsini təklif edib.

Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR