ATƏT PA-nın payız sessiyası ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həllinə həsr ediləcək

ATƏT PA-nın payız sessiyası ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həllinə həsr ediləcək
# 14 sentyabr 2015 15:44 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Azay Quliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 15-də Monqolustanın paytaxtı Ulan Bator şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

“ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” sessiyanın əsas mövzusu olacaq.

Tədbirin açılış mərasimində Monqolustan prezidenti və ölkə parlamentinin sədri iştirak edəcəklər. Toplantıda regional təhlükəsizlik, terrorizm və insan alveri ilə mübarizədə ATƏT-in rolu, regionda iqtisadi çətinliklər, qida təhlükəsizliyi, suyun idarəçiliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, demokratik təsisatların inkişafı, insan hüquqları, media azadlığı, dini dözümlülük, gender bərabərliyi məsələləri müzakirə olunacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası keçiriləcək. Eyni zamanda sessiya çərçivəsində “Mərkəzi Asiya” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

Səfər sentyabrın 20-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR