DİN Zaqatalada 14 yaşlı məktəblinin 16 yaşlı həmyerlisini öldürməsi ilə bağlı məlumat yayıb

DİN Zaqatalada 14 yaşlı məktəblinin 16 yaşlı həmyerlisini öldürməsi ilə bağlı məlumat yayıb
# 15 oktyabr 2015 09:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada orta məktəb şagirdinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Zaqatala şəhərində şəhər sakini M. Məmmədov münaqişə zəminində həmyerlisi İbrahim Əsədzadəyə bıçaqla xəsarət yetirib. Nəticədə İ.Əsədzadə hadisə yerində ölüb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov tutulub.

Qeyd edək ki, qətlə yetirilən İ. Əsədzadənin 16 yaşı var və o, orta məktəb şagirdidir. Hadisəni törədən M. Məmmədovun isə 14 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR