Dünya Bankı: Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq

Dünya Bankı: Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq
# 30 yanvar 2016 10:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dünya Bankı (DB) və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzun müddətli tədbirlər dəstini müzakirə edir.

"APA-Economics" xəbər verir ki, bu barədə DB-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

"Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi, Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR