Deputat Novruz Aslanov seçiciləri qəbul edib

Deputat Novruz Aslanov seçiciləri qəbul edib
# 18 mart 2016 07:12 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov martın 17-də seçiciləri qəbul etmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın seçki qərargahından APA-ya verilən məlumata görə, 50 nəfərə yaxın seçicinin iştirak etdiyi qəbul ənənəvi olaraq deputatın İsmayıllı şəhərində yerləşən qərargahında baş tutub. Millət vəkili qarşıdan gələn Novruz bayramı münasibətilə hər bir seçicini təbrik edib. Qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən şəxsi məişət problemləri, işlə təminat və digər sosial yönümlü məsələlərdən ibarət olub. Novruz Aslanov hər bir qaldırılan məsələyə diqqətlə yanaşıb, həlli istiqamətində fikir mübadiləsi aparıb. Əlaqədar strukturlarla bu məsələləri müzakirə edəcəyini seçicilərin diqqətinə çatdırıb.

Qəbul vaxtı sakinlərə Novruz bayramı münasibətilə bayram sovqatları da paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR