Ağstafada avtomobil, Bakıda isə ev yanıb

Ağstafada avtomobil, Bakıda isə ev yanıb
# 26 aprel 2016 06:13 (UTC +04:00)

Bakı-APA. Ağstafada gecə saatlarında avtomobil, paytaxtda səhər saatlarında ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu Saloğlu kəndində sahibi məlum olmayan, “KİA” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR