Hacıqabulda məscid yanıb

Hacıqabulda məscid yanıb
# 14 iyul 2016 22:47 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Məscidin qəsdən yandırıldığı idia edilir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi gecə yarısı qeydə alınıb. Naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitablar yanıb. Fövqəladə Hallar Nazirliyinin Hacıqabul yanğından mühafizə xidmətinin hadisə yerinə çıxan texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını alıb. Yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzərət xidməti tərəfindən araşdırılır.

Məscid dindarları iddia edirrlər ki, məscid qəsdən yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR