Azərbaycanda referendum 5627 seçki məntəqəsində keçiriləcək

Azərbaycanda referendum 5627 seçki məntəqəsində keçiriləcək
# 21 sentyabr 2016 14:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək.

APA-nın məlumatıma görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. M. Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb: "Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR