"Kredobank" və “Dekabank”ın kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır

"Kredobank" və “Dekabank”ın kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır
# 28 sentyabr 2016 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81) 3619/16 saylı qətnaməsi ilə "Kredobank" ASC müflis elan edilərək iflas proseduruna başlanılıb.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixindən ləğv prosesində olan “Kredobank”ın Ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bundan başqa, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81) 3619/2016 saylı qətnaməsi ilə "Dekabank" ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixindən “Dekabank”ın Ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla əlaqədar müflis elan edilmiş banklara qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri, eləcə də kreditorun adı, ünvanı, tələbin əsas məbləğində daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barəsində məlumatları Ləğvediciyə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR