Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb
# 14 aprel 2016 09:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük darəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusunda yoxlanılarkən iki ədəd rəsm tablosu və iki ədəd suvenir qabın içərisində yad predmetlərin olduğu görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sorğu-sual zamanı həmin vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.

Lakin təkrar baxış nəticəsində vətəndaşa məxsus iki ədəd rəsm tablosunun arasında 1100 ədəd, iki ədəd suvenir qabın içərisində isə 400 ədəd olmaqla, cəmi 1500 ədəd “Amor” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR