Opera və Balet Teatrında “Smeşariklərin yeni sərgüzəştləri” tamaşası nümayiş olunacaq

Opera və Balet Teatrında “Smeşariklərin yeni sərgüzəştləri” tamaşası nümayiş olunacaq
# 15 sentyabr 2015 09:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabrın 14-15-də Azərbaycan Dövlət Opera və Balet Teatrında “Dostların əhatəsi” Sankt-Peterburq kukla teatrının “Smeşariklərin yeni sərgüzəştləri” adlı qastrol tamaşası nümayiş olunacaq.

Azərbaycan Dövlət Opera və Balet Teatrından APA-ya verilən xəbərə görə, “Smeşariklər” şousunun məqsədi uşaqlara xeyirxahlıq aşılamaqdır: ““Smeşariklər”i digər uşaq tamaşalarından fərqləndirən ən əsas xüsusiyyət isə burada mənfi personajın olmamasıdır. Burada iştirak edən bütün personajlar öz xarakterləri etibarilə xeyirxahlıq aşılayan müsbət qəhrəmanlardır”.

Qeyd edək ki, “Dostların əhatəsi” Sankt-Peterburq Kukla Teatrı 2007-ci ildə yaradılıb. Kollektiv uşaq tamaşaların hazırlanması istiqamətində böyük təcrübəyə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR