İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət və sənədlərin qəbulu qaydaları dəyişib

İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət və sənədlərin qəbulu qaydaları dəyişib
# 15 yanvar 2016 10:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu qaydaları dəyişib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyası bununla bağlı “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”də dəyişiklik edib.

Dəyişiklik övlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli fərmanının icrası ilə bağlıdır. Həmin fərmana əsasən hazırda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış “Asan xidmət” mərkəzlərində və Daxili İşlər Nazirliyinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında yeni qaydada verilir. Arayış “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilir, arayış vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanır və vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilir.

Bununla əlaqədar “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə edilən dəyişikliyə əsasən “Peşə Seçiminə Dəstək Sistemi” (http://psds.edu.az/) vasitəsi ilə Azərbaycan Respublikası vətəndaşlarının ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunması üçün elektron qaydada Təhsil Nazirliyinə təqdim edilən sənədlərin siyahısında dəyişiklik edilib. Bundan sonra yaşayış yerindən arayışın deyil, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın skan edilmiş surəti tələb olunacaq.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul üçün Təhsil Nazirliyinə elektron qaydada təqdim edilməli olan digər sənədlərin sırasına ümumi və ya tam orta təhsil haqqında sənəd, seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki inkişafı özündə əks etdirən tibbi arayış, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və 3x4 sm ölçüdə 4 ədəd fotoşəkilin skan edilmiş surətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR