Azərbaycanda ömürlük məhbus intihar edib

Azərbaycanda ömürlük məhbus intihar edib
# 04 fevral 2016 07:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda ömürlük məhkum intihar edib.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Qobustan həbsxanasında qeydə alınıb. Həmin həbsxanada cəza çəkən, ömürlük məhbus, 1975-ci il təvəllüdlü Sübhay Əşrəf oğlu İbrahimov özünü asaraq intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, S. İbrahimov 2015-ci ildə Cinayət Məcəlləsinin 6 maddəsi ilə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR