Azərbaycan İnvestisiya Şirkəti Aktaudakı logistika mərkəzində payçı olacaq

Azərbaycan İnvestisiya Şirkəti Aktaudakı logistika mərkəzində payçı olacaq
# 04 mart 2016 07:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan İnvestisiya Şirkəti” ASC "Azərsun Holdinq"in Qazaxıstanın Aktau şəhərində təsis etdiyi logistika mərkəzində payçı kimi iştirak edəcək.


"APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.

"Azərbaycanda istehsal edilən məhsulların xarici istehlak bazarlarına çıxışının dəstəklənməsi məqsədi ilə "Azərsun Holdinq"in Qazaxıstanın Aktau şəhərində təsis etdiyi logistika mərkəzində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin payçı kimi iştirakı məsələsi üzrə danışıqlar tamamlanmaq üzrədir", - deyə hesabatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR