Qobustan rayonunda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Qobustan rayonunda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 27 noyabr 2015 17:26 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov-APA. Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 18:00 radələrində magistral yolun 79-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Bakı sakini, 1976-cı il təvəllüdlü Rzayev Teymur Vladimiroviçin idarə etdiyi “Lexus” markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı sakini 1947-ci il təvəllüdlü Quliyev Seyidəli Rəsul oğluna məxsus “Niva” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Seyidəli Quliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. “Lexus”un sürücüsü Teymur Rzayev Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR