Odessada qətlə yetirilən azərbaycanlı gəncin kimliyi məlum olub

Odessada qətlə yetirilən azərbaycanlı gəncin kimliyi məlum olub
# 08 fevral 2016 11:59 (UTC +04:00)

Odessa. Mübariz Aslanov - APA. Ukraynada qətlə yetirilən azərbaycanlı gəncin kimliyi məlum olub.

APA-nın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Odessa şəhərində qətlə yetirilən şəxs əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədovdur.

O, Odessada kafelərdən birindən çıxıb maşınına minərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan A. Məmmədov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR