Azərbaycan elektrik enerjisi və təbii qaz ixracını azaldıb

Azərbaycan elektrik enerjisi və təbii qaz ixracını azaldıb
# 22 dekabr 2015 07:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-noyabr ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-noyabr aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1 952 274,30 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2014-cü ilin 11 ayı ilə müqayisədə 2,98% azdır.

Belə ki, ötən aylar ərzində Azərbaycandan xarici ölkələrə 7 563 463,94 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin on bir ayı ilə müqayisədə 2,08% azdır.

Yanvar-noyabr aylarında 203 785,20 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 34,56% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR