Desir: “Fransa Aİ-Azərbaycan razılaşmasının əldə olunması üçün dəstək verməyə hazırdır”

Desir: “Fransa Aİ-Azərbaycan razılaşmasının əldə olunması üçün dəstək verməyə hazırdır”
# 26 aprel 2016 14:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Fransa Avropa İttifaqı ilə Azərbaycan arasında razılaşmanın əldə olunması üçün dəstək verməyə hazırdır”.

APA-nın xəbərinə görə, bunu Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir deyib.


O qeyd edib ki, Fransa və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çox yüksək səviyyədədir: “İki ölkə arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əməkdaşlıq davam edir. Biz əsasən kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlığa diqqəti yönəltmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR