Ağdamda bir ailənin 5 üzvü zəhərlənib

Ağdamda bir ailənin 5 üzvü zəhərlənib
# 14 sentyabr 2015 15:41 (UTC +04:00)

APA-nın Qarabağ müxbiri xəbər verir ki, rayonun Qərvənd kənd sakini 1958-ci il təvəllüdlü Ədilov Nəsir Ələsgər oğlunun özü və ailə üzvləri qidadan zəhərlənib. Məlumata görə, N. Ədilov, onun oğlu, 1987-ci il təvəllüdlü Ədilov Tural Nəsir oglu, gəlinləri, 1988-ci il təvəllüdlü Ədilova İlahə Allahyar qızı, 1989-cu il təvəllüdlü Ədilova Çinarə Əliyar qızı və nəvəsi Ədilov Nəsir Tural oğlu zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın baş həkimi Gülnar Abbasova APA-nın Qarabağ bürosuna bildirib ki, ötən gün ailə üzvləri ürəkbulanma və mədə sancılanması şikayəti ilə Təcili Tibbi Yardım xidmətinə müraciət edib. Bundan sonra xəstələr ambulansla xəstəxanaya yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərildikdən sonra abulator müalicə üçün evə buraxılıb. Xəstələrin həyatına təhlükə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR