Neftçalada avtomobil piyadanı vuraraq öldürüb

Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
# 23 fevral 2016 07:39 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda avtomobil piyadanı vuraraq öldürüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Astanlı kənd sakini, 1940-cı il təvəllüdlü Tağıyeva Şərqiyə Mirzəmməd qızı yolu keçərkən rayon sakini, 1978-ci il təvəllüdlü Əliyev Əli Ənvər oğlunun idarə etdiyi VAZ 21014 markalı, 99 BN 114 dövlət nömrə nişanlı avtomobillə vurulub. Piyada Neftçala rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.


Faktla bağlı Neftçala Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR