Gəncədə mebel sexində yanğın olub, 1 nəfər xəsarət alıb

Gəncədə mebel sexində yanğın olub, 1 nəfər xəsarət alıb
# 28 may 2016 15:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gəncə şəhərində mebel sexində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılmış taxta materiallar 180 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR