Bakıda yol qəzası törədən sürücünün infarktdan öldüyü məlum olub

Bakıda yol qəzası törədən sürücünün infarktdan öldüyü məlum olub
# 23 sentyabr 2015 10:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol qəzası törədən sürücünün infarktdan öldüyü məlum olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də saat 11 radələrində Ələt-Astara yolunun 205-ci km-də Lənkəran rayonunun Gərmətük kənd sakini Seyfulla İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Surət Əliyevə məxsus “Mercedes” markalı avtomobilə dəyib.


Araşdırmalar zamanı S.İsmayılovun sükan arxasında infarktdan ölməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR