Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Avqust
# 05 avqust 2016 18:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Dünən yazmışdıq, prezident Ərdoğanın baş müşavirinin 7 avqust mitinqinə qatılmaq qərarı verən MHP liderinə canlı efirdən rişxənd etməsi sabotajdır. Haqlı çıxdıq, eyni fikirləri prezident də bəyan etdi və Dövlət Baxçalıdan üzr istənilməsini tələb etdi. 15 iyul hadisələrindən sonra xuntaçıları şiələrlə eyniləşdirən, 7 avqust mitinqi ərəfəsində isə MHP liderinə söz atan Şərəf Malkoç üzr istədi. Prezidentin öz baş müşavirini ayağa vermək üçün son dərəcə ciddi səbəbi var. Ərdoğan 7 avqust mitinqi ilə dünyaya Türkiyənin yumruq kimi birləşdiyi mesajı vermək istəyir, bu səbəbdən mitinqdə MHP və CHP liderlərinin iştirakını, xalqa xitab etməsini vacib sayır. CHP lideri ilk əvvəl mitinqə şəxsən qatılmayacağını bəyan etsə də, baş nazirin israrından sonra fikrini dəyişdi. Prosesdə maraqlı bir məqam var, siyasi konsolidasiyanın baş tutmasında baş nazir Yıldırımın dəst-xətti aşkar hiss olunur. Prezidentdən başqa kimsənin avtoritetini qəbul etməyən Şərəf Malkoç və digərlərinin açıq sabotaja keçməsinin səbəblərindən biri bu ola bilər. Ən nəhayət, bu gün haqqında araşdırılma aparılan sabiq nazirlərin siyahısının dörd nəfərlə yekunlaşmayacağı məlum oldu. Hökumətə yaxın media sabiq gömrük naziri Hayati Yazıçının Fətullah Gülənlə çox yaxın olduğunu təsdiqləyən serial yazılar dərc edib. Belə görünür, bu sel hakim partiyadan hələ çoxlarını aparacaq. Türkiyənin az qala saniyə-saniyə dəyişən gündəminin qısa icmalı bundan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR