Bakıda su quyusuna düşən şəxs xilas edilib

Bakıda su quyusuna düşən şəxs xilas edilib
# 06 avqust 2016 17:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda fərdi yaşayış evinin həyətyanı sahəsində su quyusuna düşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR