İsrail tərəfi hərbi təyyarəsinin Suriya tərəfindən vurulması xəbərini təkzib edib

İsrail tərəfi hərbi təyyarəsinin Suriya tərəfindən vurulması xəbərini təkzib edib
# 13 sentyabr 2016 11:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrail tərəfi hərbi təyyarəsinin Suriya ordusu tərəfindən vurulması ilə bağlı məlumatları təkzib edib.

APA-nın xəbərinə görə, bu barədə “Jerusalem Post” yazıb. Bildirilir ki, İsrail döyüş aviasiyasının ötən gecə Suriya hökumət qüvvələrinə qarşı zərbələr endirməsindən sonra Suriya ordusu “yer-hava” tipli 2 raket buraxıb, lakin hədəfi vura bilməyib. Məlumata əsasən bütün İsrail təyyarələri bazaya qayıdıb.

Xatırladaq ki, Suriya tərəfi ordunun mövqelərinin Əl -Kuneytra şəhərində və Qolan yüksəkliklərində atəşə tutulmasından sonra İsrailə məxsus hərbi təyyarənin və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatının vurulması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR