Bakı Multikulturalizm Mərkəzinin həm daxildə, həm də xaricdə filialları yaradılacaq

Bakı Multikulturalizm Mərkəzinin həm daxildə, həm də xaricdə filialları yaradılacaq
# 22 yanvar 2016 08:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Bakı Multikulturalizm Mərkəzinin həm daxildə, həm də həm də xaricdə filialları yaradılacaq”.

APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

Onun sözlərinə görə, Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb: “Biz bu siyasəti davam etdirəcəyik. Bu il çərçivəsində Azərbaycanın rayonlarında, Rusiyada, Portuqaliyada və başqa ölkələrdə mərkəzlər yaradılacaq. Eyni zamanda xarici ölkələrin universitetlərində multikulturalizm fənninin tədrisi davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR