Angela Merkel Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb

Angela Merkel Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb
# 23 iyul 2016 00:24 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin nümayəndəsi Peter Altmayer bildirib.

“Çox güman ki, iclas sabah günün birinci yarısında baş tutacaq. Hazırda nazirlər kabinetinin üzvləri Berlinə yollanırlar”, deyə P.Altmayer bildirib.

Qeyd edək ki, iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində naməlum silahlılar atəş açaraq 9 nəfəri öldürüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR