Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub
# 24 iyul 2016 16:06 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Bu gün Şirvanda avtomobil piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayon sakini, 1958-ci il təvəllüdlü Ağayev Ruhulla Böyükağa oğlu idarə etdiyi "Mersedess" markalı "10 KU 357" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1963-cü il təvəllüdlü Babayev Qulam Yasəf oğlunu vurub.

Sərxoş olan 54 yaşlı piyada ağır xəsarətlər alıb. Q. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR