Bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır

Bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır
# 11 iyul 2016 15:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Abşeron və Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iyulun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə (Xaşa-xuna)” və “Zeytun”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Ovçubərə”, “Göytəpə”, “Cəlilabad”, “Günəşli” və “Biləsuvar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşa-Xuna, Zeytun və Şüvəlan qəsəbələrinin, o cümlədən, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR