“Yeni Həyat” MMC-nin müflis elan olunması ilə bağlı əmlak inzibatçısı təyin edilib

“Yeni Həyat” MMC-nin müflis elan olunması ilə bağlı əmlak inzibatçısı təyin edilib
# 12 mart 2016 08:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Yeni Həyat” MMC-nin müflis elan olunması ilə bağlı etdiyi müraciət əsasında məhkəmə prosesi davam etdirilib.

Vəkil Şahmar Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə “Yeni Həyat” MM-nin ödəmə qabiliyyətinin müəyyən edilməsi ilə bağlı əmlak inzibatçısı təyin olunmasına qərar verilib. Buna görə işin icraatı müvəqqəti olaraq dayandırılıb. Əmlak inzibatçısı şirkətin ödəmə qabiliyyətini araşdırdıqdan sonra məhkəmə yenidən davam etdiriləcək.

Qeyd edək ki, 2005-ci ildə “Yeni Həyat” MMC ilə Abazər Mahmudov arasında müqavilə bağlanılıb. Həmin müqavilənin şərtlərinə görə, A. Mahmudov mənzilini şirkətin sərəncamına verib. Şirkət isə həmin evin yerində tikilən çoxmənzilli yaşayış binasından ona 150 kvadrat metr sahəsi olan mənzil verməyə razılaşıb. Lakin şirkət həmin müqavilənin şərtlərinə əməl etməyib. Bundan sonra A. Mahmudov Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şirkət tərəfindən A. Mahmudova 420 min dollar məbləğində pulun ödənilməsi barədə qərar qəbul edib. Daha sonra tikinti şirkəti olan “Yeni Həyat” MMC iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək müflis elan olunmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR