Azərbaycan Turizm Assosiasiyasının sədri Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse-prezidenti seçilib

 Azərbaycan Turizm Assosiasiyasının sədri Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse-prezidenti seçilib
# 17 sentyabr 2015 07:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov Ümumdünya Turizm Təşkilatına (ÜTT) üzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, N. Bağırov bu vəzifəni 2 il müddətinə icra edəcək.

Nazirlikdən qeyd ediblər ki, Kolumbiyanın Medelin şəhərində Ümumdünya Turizm Təşkilatının 21-ci sessiyası davam edir. Bu sessiyada 120 dövlətdən 900 nümayəndə iştirak edir. Sessiyanın 14 sentyabrda keçirilən iclasında təşkilatın bir sıra strukturlarına seçkilər olub.

Qeyd edək ki, N. Bağırov 2013-cü ildə Sovet İttifaqının keçmiş respublikalarından ilk nümayəndə kimi ÜTT-nin məsul vəzifəsinə seçilib.

Sözügedən quruma qoşulan üzv dövlətləri 400 təşkilat təmsil edir. Bunlar hava yolları, turizm şirkətləri və büroları, reklam agentlikləri, universitetlər, turizm biznes məktəbləri, məşhur mehmanxanalar və digər təşkilatlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR