Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
# 11 dekabr 2015 10:05 (UTC +04:00)

Bakı - APA. Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da YAP Şirvan şəhər təşkilatının inzibati binasında başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR