Bakıda yük avtomobili yanıb, xəsarət alan var

Bakıda yük avtomobili yanıb, xəsarət alan var
# 08 yanvar 2016 23:23 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin kabina hissəsi və mühərriki yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR