Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
# 02 fevral 2016 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin müavini Sahir Məmmədxanov Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, dünyada baş verən kataklizmlərə baxmayaraq 2015-ci ildə aparılan uğurlu iqtisadi siyasət, ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyi, Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığı, vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Dünya Bankının Cənubi Qafqaz üzrə proqram rəhbəri Raşmi Şankar yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları, vergi sisteminin modernləşdirilməsi və innovasiyaların dəstəklənməsində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə vergi siyasəti, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş son tədbirlər, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və növbəti islahatlarla bağlı planlarla bağlı fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR